...

Azərbaycan Prezidenti: Şuşa işğala məruz qalandan sonra Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır

Siyasət Materials 30 Avqust 2021 12:54 (UTC +04:00)
Azərbaycan Prezidenti: Şuşa işğala məruz qalandan sonra Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır

Bakı. Trend:

Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti