...

Baş Qərargah rəisi Ankarada Anıtqəbiri ziyarət edib (FOTO)

Siyasət Materials 13 Sentyabr 2021 13:33 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti