...

Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb

Siyasət Materials 21 Sentyabr 2021 17:44 (UTC +04:00)
Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin vaxtı açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin işlər idarəsindən bildiriblər ki, səfərin sentyabrın 29-da həyata keçirilməsi gözlənilir.

Qeyd olunur ki, R.T.Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü Soçi şəhərində keçiriləcək. Səfər bir gün davam edəcək.

Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov R.T.Ərdoğanla V.Putin arasında görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional məsələlərin müzakirə olunacağını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti