...

Bu gün dəmir yumruğun endiyi gündür - Cahit Bağçı

Siyasət Materials 27 Sentyabr 2021 09:55 (UTC +04:00)
Bu gün dəmir yumruğun endiyi gündür - Cahit Bağçı

Bakı. Trend:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 27 Sentyabr - Anım Günü ilə bağlı "Twitter" səhifəsində paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir: "Bu gün 44 günlük şanlı yürüşün başladığı gündür. Bu gün analar, atalar, həyat yoldaşı və övladlarla halallaşıldığı gündür. Bu gün Qarabağın azadlığı üçün yolçuluğa çıxıldığı gündür. Bu gün dəmir yumruğun endiyi gündür. Mübarək olsun".

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür.

44 gün davam edən Vətən müharibəsində haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti