Bakı. Trend:
AŞPA ikinci Qarabağ müharibəsinin humanitar nəticələrinə dair hesabat qəbul edib.
Trend xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi İrlandiyalı deputat Paul Havanın hazırladığı hesabat bu gün AŞPA -nın payız sessiyasında qəbul edilib.
Qeyd edək ki, AŞPA -nın payız sessiyası sentyabrın 27-dən 30-dək hibrid formatda keçirilir.