Bakı. Trend:
Azərbaycanın nüfuzlu "Baku Network" ekspertlər şurası ilə Türkiyənin "ATA (Asiya-Türkiyə-Avropa) Platform" müzakirə platforması arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Trend-in məlumatına görə, həmçinin hər iki qurumun təşəbbüsü ilə "44 günlük Vətən Müharibəsi: Türkiyə-Azərbaycan münasibətləri" mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masada "Baku Network"un direktoru Gülnarə Məmmədzadə, "ATA Platform"un direktoru Volkan Özdemir, Trend BİA-nın baş redaktoru Emin Əliyev, Trend BİA-nın baş redaktor müavini Sahil Kərimli, "ATA Platform"un təmsilçiləri Barış Hasan, Cem Gurdeniz və Hasan Erel iştirak ediblər.
Tədbirin videoformatını təqdim edirik.