...

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - Nazir

Siyasət Materials 19 Oktyabr 2021 13:21 (UTC +04:00)
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - Nazir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan beynəlxalq hüquq və norma prinsiplərinə uyğun olaraq Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bunun üçün üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi vacibdir və Azərbaycan bu bəyanatlarla üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir.

C.Bayramov qeyd edib ki, revanşist və ya əməkdaşlq yolunu tutmaq Ermənistanın öz qərarıdır: “Azərbaycan əməkdaşlığa dair müsbət addımlara hər zaman müsbət cavab verir. Ancaq Azərbaycana qarşı hər hansı təhdid olarsa, onlar da adekvat cavablandırılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti