...

Ərdoğan Zəngəzur dəhlizi barədə: Faydası olduqca önəmlidir

Siyasət Materials 12 Noyabr 2021 16:12 (UTC +04:00)
Ərdoğan Zəngəzur dəhlizi barədə: Faydası olduqca önəmlidir

Bakı. Orxan Nəbiyev - Trend:

Beynəlxalq kombinə edilmiş yük daşımaları sazişini dərhal imzalamalıyıq. Bu baxımdan, Naxçıvana açılan dəhlizin faydası olduqca önəmlidir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

"Xəzərə çıxışı təmin edən beynəlxalq orta dəhliz vacib rol oynayır. Sərmayələri və ticarət dövriyyəsini artırmalı, tariflərlə bağlı problemlər aradan qaldırılmalıdır. Beynəlxalq kombinə edilmiş yük daşımaları sazişini dərhal imzalamalıyıq. Bu baxımdan, Naxçıvana açılan dəhlizin faydası olduqca önəmlidir. Bu dəhlizdən bütün region dövlətləri yararlanacaq", - deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti