...

Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasında irəliləyişə nail olmaq lazımdır - Niderland XİN

Siyasət Materials 2 Dekabr 2021 16:51 (UTC +04:00)
Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasında irəliləyişə nail olmaq lazımdır - Niderland XİN

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində irəliləyişə nail olmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Niderlandın xarici işlər naziri Ben Knalen ATƏT üzv ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı deyib.

Onun sözlərinə görə, sərhəddə bir müddət əvvəl baş vermiş toqquşmalar narahatlıq doğurur və bir sıra həll olunmamış məqamların qaldığını göstərir.

"Bu, həm də iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsidir. Bu məsələdə irəliləyişə nail olmaq lazımdır", - deyə nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti