...

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Siyasət Materials 9 Dekabr 2021 19:58 (UTC +04:00)
Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İraqın şimalında 3 türk hərbçisinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib.

Trend xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyinin “Twitter” hesabındakı paylaşımda qeyd edilib.

"“Pençe-Yıldırım" əməliyyat zonasında xaincəsinə həyata keçirilən terror hücumu nəticəsində şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır! Allah rəhmət eləsin!", - paylaşımda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti