...

“Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsindən azad edildi

Siyasət Materials 7 Fevral 2022 18:55 (UTC +04:00)
“Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsindən azad edildi

Bakı. Trend:

Prezident İlham Əliyev Y.M.Həsənovun “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.

Trend xəbər verir ki, Sərəncamla Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilir.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti