...

Rəsmi Berlin Şoltsun Moskva səfərindən konkret nəticə gözləmir

Siyasət Materials 14 Fevral 2022 02:26 (UTC +04:00)

Bakı. Trend:

Almaniya rəhbərliyi ölkə kansleri Olaf Şoltsun Moskva səfərindən konkret nəticə gözləmir.

Trend xəbər verir ki, bu barədə bazar günü Financial Times qəzeti Almaniya hökumətindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

“Bundan konkret nəticə əldə edəcəyimizi düşünmürəm”, - deyən mənbə bildirib. Lakin o, əlavə edib ki, "indi təslim olmaq vaxtı deyil".

Onun sözlərinə görə, Şoltsun məqsədi ATƏT platformasında, Rusiya-NATO Şurasında və ya digər formatlarda Rusiyanın nəyə nail olmağa çalışdığını daha yaxşı anlamaq və birbaşa dialoqa qayıtmaq üçün hər hansı imkanların olub-olmadığını öyrənməyə çalışmaqdır.

Mənbə onu da vurğulayıb ki, Şolts Minsk razılaşmalarının həyata keçirilməsində irəliləyişlərə sadiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti