...

Prezident İlham Əliyev: Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım almamışıq

Siyasət Materials 18 Fevral 2022 12:22 (UTC +04:00)
Prezident İlham Əliyev: Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım almamışıq

Bakı. Trend:

Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım, yaxud da ki, kredit almamışıq

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Biz indi dünyada nadir ölkələrdənik ki, heç kimdən asılı deyilik, iqtisadi cəhətdən tamamilə müstəqilik, heç bir kreditə ehtiyacımız yoxdur. Əksinə, mən göstəriş vermişəm ki, xarici dövlət borcumuz ildən-ilə azalsın və keçən ilin nəticələrinə görə, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mən göstəriş vermişdim ki, onu 15, 12, 10 faizə endirək. Yəni, bizim qarşımızda indi maliyyə problemlərimiz yoxdur desəm, səhv olar. Ancaq, eyni zamanda, bütün bu işləri özümüz görürük. O cümlədən Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım, yaxud da ki, kredit almamışıq. Yəni, bu, onu deməyə əsas verir ki, sadəcə olaraq, yerlərdə işlər düzgün təşkil olunduqda problemlər də öz həllini tapacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti