...

Ukrayna prezidenti Fransa və Almaniya liderləri ilə təcili məsləhətləşmələr aparıb

Siyasət Materials 21 Fevral 2022 22:38 (UTC +04:00)
Ukrayna prezidenti Fransa və Almaniya liderləri ilə təcili məsləhətləşmələr aparıb

Bakı. Trend:

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Təhlükəsizlik Şurasının iclasındakı bəyanatlarından sonra Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şoltsla təcili məsləhətləşmələr aparıb.

Trend xəbər verir ki, bu barədə Ukrayna prezidenti rəsmi "Twitter" yazıb.

“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatlarla əlaqədar mən Emmanuel Makron və Olaf Şoltsla təcili məsləhətləşmələr apardım və Milli Təhlükəsizlik və Müdafiə Şurasını çağırdım”, - deyə V.Zelenski yazıb.

Qeyd edək ki, görüşdən sonra Rusiya prezidenti Vladimir Putin qondarma "DXR" və "LXR" tanınması ilə bağlı qərar verəcəyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti