...

Biz Rusiya İmperiyasının bərpası mövzusunda spekulyasiyaları öncədən görürdük - Putin

Siyasət Materials 22 Fevral 2022 16:42 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşündə bildirib.

“Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq”, - deyə Rusiya Prezidenti qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti