Bakı. Trend:
Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan yox, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Davamlı sülhə gedən yol isə bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirəcəkləri əməkdaşlıqdan keçir. Bununla yanaşı, Vətən müharibəsində Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almasının təsadüf olmadığını, bunun tarixi təcrübəyə söykəndiyini bildirdi. Necə ki, Balkan müharibəsi zamanı Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşüb, necə ki, azərbaycanlılar türk qardaşları ilə çiyin-çiyinə Çanaqqalada işğalçılara qarşı vuruşub, necə ki, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycanın yardımına gəlib, bu gün də Türkiyə ilə Azərbaycan bir yerdədir və gələcəkdə də bu, belə olacaq.
Trend-in məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Sülh və sabitlik üçün yeni fürsətlər. İndiki geosiyasi vəziyyətdə risklərdən necə sığortalanmalı? Sülh və rifaha uzanan qlobal və regional yollar" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – siyasi şərhçilər Ədalət Verdiyev, Elmar Hüseyn və Fuad İbrahimov mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: