Bakı. Trend:
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Trend-in məlumatına görə, M.Çavuşoğlu BƏƏ xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah ibn Zayed əl-Nəhyanın dəvəti ilə Əbu-Dabiyə gəlib.
Səfər çərçivəsində M.Çavuşoğlunun 16-cı BƏƏ Səfirləri və Diplomatik Missiya Nümayəndələri Forumunda fəxri qonaq qismində çıxış etməsi və BƏƏ-dən olan həmkarı ilə görüşü gözlənilir.