Bakı. Trend:
Çin və Rusiya Şimali Koreyaya "təxribatlardan" çəkinməyə çağırmalıdırlar.
Trend xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin sözçüsü Jalina Porter bildirib.
"Çin və Rusiya əlavə təxribatlardan çəkinmək üçün (Şimali Koreyaya) sərt mesaj göndərməlidir", Porter cümə günü BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl müntəzəm mətbuat brifinqində deyib.
"Biz bütün ölkələri bu cür pozuntulara görə KXDR-i məsuliyyətə cəlb etməyə çağırırıq və həmçinin KXDR-i ciddi danışıqlar masasına oturmağa çağırırıq", - o, əlavə edib.
Bundan əvvəl, Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 24-də Kim Çen Inın birbaşa göstərişi ilə "Hvason-17" qitələrarası ballistik raketi sınaqdan keçirdiyini təsdiqləmişdir.