...

Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşib

Siyasət Materials 28 Mart 2022 15:48 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar təşkilatın Katibliyinin büdcəsinə məcburi ödənişlərin üzv dövlətlər arasında bölgüsü dəyişib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Türk Dövlətləri Təşkilatı Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Maliyyə ili təqvim ilinin yanvar ayının 1-dən başlayan və dekabrın 31-də başa çatan vaxt müddətidir. Ödənişlər isə cari maliyyə ilində Katibliyin fəaliyyəti ilə bağlı xərclərin ödənməsi məqsədilə Tərəflər üçün müəyyən edilmiş məbləğlər deməkdir.

Bundan əvvəl məcburi ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilmişdi:

Azərbaycan Respublikası - 2/15

Qazaxıstan Respublikası - 4/15

Qırğız Respublikası -1/15

Türkiyə Respublikası - 8/15

Layihəyə əsasən, Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilir:

Azərbaycan Respublikası - 2/18

Qazaxıstan Respublikası - 4/18

Qırğız Respublikası -1/18

Türkiyə Respublikası - 8/18

Özbəkistan Respublikası- 3/18.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti