...

Çağırışlara və təhdidlərə qalib gəlmək üçün birlikdə olmalıyıq - TÜRK PA-nın komissiya sədri

Siyasət Materials 22 Aprel 2022 12:04 (UTC +04:00)
Çağırışlara və təhdidlərə qalib gəlmək üçün birlikdə olmalıyıq - TÜRK PA-nın komissiya sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıda duran çağırışlara və təhdidlərə qalib gəlmək üçün biz bir yerdə olmalıyıq.

Trend-in məlumatına görə, bunu TÜRK PA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, Qırğızıstan parlamentinin üzvü Aybek Osmonov qurumun bu gün Milli Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında deyib.

O qeyd edib ki, davam edən pandemiya bütün ölkələrin rifah səviyyəsinə təsir göstərib. “Bu, bütün dünyanın problemidir. Biz sosial və humanitar məsələlərdə də birlikdə olmalıyıq.

Ölkələrimizdəki insanların rifahının yaxşılaşdırılması üçün birgə fəaliyyət göstərməliyik. Ümid edirəm ki, bizim münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edəcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti