...

Beynəlxalq aləmdə birgə hərəkət etməliyik - TÜRK PA-nın baş katibi

Siyasət Materials 22 Aprel 2022 14:13 (UTC +04:00)
Beynəlxalq aləmdə birgə hərəkət etməliyik - TÜRK PA-nın baş katibi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türk dünyasında yaxın tarixdə qazanılan zəfərlər və nailiyyətlər göstərdi ki, beynəlxalq aləmdə qarşılaşdığımız çətinlikləri və təhlükələri ancaq bir araya gələrək, birgə hərəkət etməklə aradan qaldıra bilərik.

Trend-in məlumatına görə, bunu TÜRK PA-nın Baş katibi Mehmet Süreyya Er qurumun bu gün Milli Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında deyib.

Onun sözlərinə görə, TÜRK PA keçmişdə olduğu kimi bu gün də dünyanın, xüsusən də regionun üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün üzərinə düşən işi böyük əzmlə davam etdirir: “TÜRK PA-nın türk dünyasının rifahı və gələcəyi üçün göstərdiyi səylər həqiqətən təqdirəlayiqdir və bu, həm də gələcəkdə qeyd olunacaq birgə uğurlarımızın təminatıdır. TÜRK PA əsas fəaliyyət sahəsi kimi türkdilli dövlətlər arasında qanunvericilik sahəsində əməkdaşlığı dəstəkləməklə türk dünyası arasında qanun və normaların uyğunlaşdırılmasında mühüm rol oynayır”, - Baş katib deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti