...

Azərbaycan və İran arasında imzalanan memorandumun icrası istiqamətində işlər davam etdirilir

Siyasət Materials 24 Aprel 2022 22:09 (UTC +04:00)
Azərbaycan və İran arasında imzalanan memorandumun icrası istiqamətində işlər davam etdirilir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında kommunikasiya bağlantılarının yaradılması ilə bağlı anlaşma memorandumun icrası istiqamətində Azərbaycan və İran arasında işlər davam etdirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Ə.Əlizadənin sözlərinə görə, bu yaxınlarda Azərbaycan və İranın birgə işçi qrupları səviyyəsində hər iki tərəfdə, yəni həm Naxçıvan tərəfində, həm də Şərqi Zəngəzur iqtisadi rayonu tərəfində tikiləcək körpülərin layihələndirilməsi ilə bağlı görüşün keçirilməsi nəzərdə tutulub.

Səfir qeyd edib ki, körpülərin layihələri təsdiqləndikdən sonra lazımi addımlar atılacaq.

Qeyd edək ki, 2022-ci il martın 11-də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti