...

Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Füzulidə (FOTO)

Siyasət Materials 28 Aprel 2022 09:43 (UTC +04:00)
Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Füzulidə (FOTO)

Füzuli. Trend:

Beynəlxalq beyin mərkəzlərinin nümayəndələri Füzuli hava limanına gəliblər. Tədbir iştirakçılar "Ağdam" adı verilmiş təyyarə ilə hava limanına eniş edib.

Trend-in məlumatına görə, qonaqlara Füzuli Beynəlxalq hava limanı haqqında məlumat verilib.

Daha sonra nümayəndə heyəti Şuşaya yola düşüblər.

Qeyd edək ki, bu gün Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfrans beynəlxalq beyin mərkəzlərinin nümayəndələri və digər şəxslər iştirak edəcək.

XXX
Saat - 09.04

Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

"Ağdamın adını daşıyan təyyarə ilə "Shusha Majlis Discussion" formatında beynəlxalq beyin mərkəzləri ilə "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa regionun həm də diplomatik paytaxtı olur", - deyə Hikmət Hacıyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti