...

Azərbaycan və Türkiyə XİN başçıları Ukraynanı müzakirə ediblər

Siyasət Materials 22 May 2022 13:58 (UTC +04:00)
Azərbaycan və Türkiyə XİN başçıları Ukraynanı müzakirə ediblər

Bakı. Trend:

22 may 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiye Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, XİN başçıları ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin üçtərəfli formatda əməkdaşlıq məsələləri, regional vəziyyət, o cümlədən Ukrayna ilə bağlı məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti