...

Hyuston meri 28 May-Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb

Siyasət Materials 28 May 2022 16:28 (UTC +04:00)
Hyuston meri 28 May-Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb

Bakı. Trend:

ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində 28 May - Müstəqillik Günü münasibətilə bəyannamə qəbul edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Hyuston şəhər meri Silvestr Törnerin (Sylvester Turner) imzaladığı bəyannamədə bildirilib ki, Azərbaycan əsilli amerikalılar Texas ştatında regional müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və rifaha töhfələr verən dinamik icma kimi tanınır. Hyustonla Bakının qardaşlaşmış şəhər olduqları, mədəniyyət və təhsil sahələrində təcrübə mübadiləsi həyata keçirdiyi, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının bu əməkdaşlıq əlaqələrinin qurulmasında böyük rol oynadığı nəzərə çatdırılıb.

Dünyada, o cümlədən ABŞ-da yaşayan milyonlarla azərbaycanlının 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümünü qeyd etdiyini vurğulayan mer icma üzvlərimizi bayram münasibətilə təbrik edib.

Şəhər merinin bəyannaməsi Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundovanın təşəbbüsü ilə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti