...

Boris Conson Böyük Britaniyanın baş naziri postunda qalır

Siyasət Materials 7 İyun 2022 00:13 (UTC +04:00)
Boris Conson Böyük Britaniyanın baş naziri postunda qalır

Bakı. Trend:

Boris Conson partiya lideri və Böyük Britaniyanın baş naziri vəzifələrini qoruyub saxlayıb.

Trend xəbər verir ki, Britaniya parlamentində Boris Consona etimad səsverməsi keçirilib. Britaniyanın hakim partiyasının deputatları Consonun istefası üçün 2 saat ərzində səs veriblər.

B. Consonun baş nazir postunda qalmasına 211 deputat lehinə, 148 nəfər isə əleyhinə səs verib.

Etimadsızlıq bildirmək üçün hakim Mühafizəkarlar Partiyasının 359 deputatından azı 180-i baş nazirin əlehinə səs verməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti