...

Prezident İlham Əliyev Salome Zurabişvili ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 16 İyun 2022 13:15 (UTC +04:00)
Prezident İlham Əliyev Salome Zurabişvili ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Prezident Salome Zurabişvili IX Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıldı. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunuldu, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti