Bakı. Trend:
22 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası xarici
işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici
işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş
tutub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat
xidməti idarəsindən Trend-ə verilən məlumata görə, nazirlər, ikitərəfli
gündəliyinin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə
əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər,
bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin
vacibliyini vurğulayıblar.