...

Xüsusi nümayəndələrin görüşü niyə Türkiyə və ya Ermənistanda olmasın? - Çavuşoğlu

Siyasət Materials 4 İyul 2022 16:07 (UTC +04:00)
Xüsusi nümayəndələrin görüşü niyə Türkiyə və ya Ermənistanda olmasın? - Çavuşoğlu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Vyana Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrin üç görüşünə ev sahibliyi edib. Amma bundan sonrakı müzakirələr niyə Türkiyədə və ya Ermənistanda olmasın?

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, artıq xüsusi nümayəndələr heç bir vasitəçi olmadan müzakirələr apara bilərlər.

Azərbaycanla hər mərhələdə məsləhətləşdiklərini qeyd edən M.Çavuşoğlu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləkdilərini bildirib.

"Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sabitlik üçün birgə çalışmalıyıq. Buna ən çox mane olan Ermənistan üzərində olan təzyiqdir", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti