...

Azərbaycan və İndoneziya arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiqləndi

Siyasət Materials 5 İyul 2022 17:16 (UTC +04:00)
Azərbaycan və İndoneziya arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, 2021-ci il aprelin 30-da Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti