...

Ombudsmanın Qərb Regional Mərkəzində BMT-nin nümayəndələri ilə görüş keçirilib

Siyasət Materials 13 İyul 2022 18:50 (UTC +04:00)
Ombudsmanın Qərb Regional Mərkəzində BMT-nin nümayəndələri ilə görüş keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz Ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov, Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov və həmin nümayəndəliyin əməkdaşı Rəşad Əliyevin iştirakı ilə görüş keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov regional mərkəzin fəaliyyət istiqamətləri, əhalinin insan hüquqları ilə bağlı məlumatlılığının artırılması istiqamətində regional mərkəz tərəfindən müntəzəm olaraq davam etdirilən hüquqi maarifləndirmə tədbirləri, BMT–nin Azərbaycandakı nümayəndəliyinin və Ombudsman aparatının regionlarda birgə həyata keçirdiyi ödənişsiz hüquqi yardım aksiyaları barədə ətraflı məlumat verib, qonaqları maraqlandıran sualları cavablandırıb.

Qəbula görə təşəkkürünü bildirən V.Şkolnikov öz növbəsində insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində təmsil etdiyi qurumla Ombudsman təsisatı arasında əlaqələrin uğurla davam etdirilməsində maraqlı olduğunu bildirərək Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti