...

Co Bayden Səudiyyə Ərəbistanı şahzadəsi və nazirləri ilə ayrıca görüş keçirəcək

Siyasət Materials 15 İyul 2022 07:24 (UTC +04:00)
Co Bayden Səudiyyə Ərəbistanı şahzadəsi və nazirləri ilə ayrıca görüş keçirəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden və onu Səudiyyə Ərəbistanına səfəri zamanı müşayiət edən nümayəndə heyətinin üzvləri cümə günü krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Səudiyyə Ərəbistanının nazirləri ilə ayrıca görüş keçirəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evdən məlumat verilib.

Bildirilib ki, C.Bayden və onun nümayəndə heyətinin vəliəhd şahzadə və nazirlərlə görüşü Amerika prezidentinin ölkə kralı Salman bin Əbdüləziz Əl Səud ilə ikitərəfli görüşü başa çatdıqdan sonra baş tutacaq:

"Prezident və komandası vəliəhd şahzadə Məhəmməd bin Salman və Səudiyyə Ərəbistanının nazirləri ilə işçi sessiyasında iştirak edəcək", - deyə sənəddə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti