...

Qazaxıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Siyasət Materials 24 Avqust 2022 10:18 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti