Bakı. Trend:
Sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, görüşdə cari ilin oktyabr ayında Bakıda
keçirilməsi planlaşdırılan MDB iştirakçı dövlətlərinin Silahlı
Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası ilə bağlı
təşkilati məsələlər müzakirə olunub.
Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və
bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.