...

Dinc sakinlərimizi atəşə tutması Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir - RƏY

Siyasət Materials 14 Sentyabr 2022 17:33 (UTC +04:00)
Dinc sakinlərimizi atəşə tutması Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın azərbaycanlı mülki şəxsləri atəşə tutması Ermənistanın hərbi cinayətkar olmasının ən bariz nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, ermənilər döyüş meydanında ordumuza cavab verə bilmirlər, çıxış yolunu mülki əhalimizə atəş açmaqda görürlər.

“Vətən müharibəsində də biz ordumuz qarşısında aciz qalan ermənilərin mülki vətəndaşlarımızı atəşə tutmasının şahidi olduq. Bu gün Ermənistan mülki əhalimizə qarşı cinayətləri davam etdirir.

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar”, - deyə deputat bildirib.

O qeyd edib ki, erməni silahlı birləşmələri mülki əhalimizi atəşə tutmaqla öz acizliklərini göstərilər. “Hesab edirəm ki, beynəlxalq ictimaiyyət ermənilərin hərbi cinayətlərinin qarşısının alınması üçün tədbirlər görməlidir. Azərbaycan ordusu isə erməni təxribatlarının layiqli cavabını verir və sentyabrın 12-də erməni təxribatına ordumuzun verdiyi cavab da onlar üçün növbəti dərs oldu.

İstər Ermənistanın siyasi rəhbərliyi, istər Ermənistanda olan revanşist qüvvələr birmənalı olaraq anlamalıdırlar ki, onların sülh müqaviləsindən başqa alternativ yolları yoxdur. Onlar bilməlidirlər "dəmir yumruq" daha qüvvətlidir və hər bir təxribatına layiqli cavab veriləcək”, - deyə o əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə bildirib ki, erməni silahlı qüvvələrinin təxribatı bir tək Azərbaycanın hərbi birləşmələrinə qarşı deyil, eyni zamanda, mülki əhaliyə qarşıdır.

“Bu nadan, məkrli, cinayətkar qüvvələr eynən 44 günlük müharibədə olduğu kimi, heç bir sərhəd və qırmızı xətt tanımırlar. Atəşi hər kəsə qarşı açırlar, günahsız insanlara qarşı hərbi cinayətlər törədirlər.

Kəlbəcər rayonu, Bozlu kənd sakini Asim Musayev və Kəlbəcər rayonu, Ağdaban kənd sakini Arzuman Orucov düşmən gülləsinə tuş gəlib, yaralanıb. Və bu, hələ bildiklərimiz, məlumat aldıqlarımızdır. Qısası, erməni yaramazlar dayanmırlar, öz iyrənc əməllərinə ara vermirlər, cinayət ardınca cinayət törətməyə davam edirlər. Bu təxribatçılar, qatillər müharibə dövründə Gəncə və Tərtərdə də günahsız insanlara qarşı terror törətmişdilər. Yəni, terror, qan, mülki əhaliyə hücum, müharibə cinayəti törətmək ermənilərin xisləti, xarakteri, tərbiyəsi, düşüncəsi, mahiyyəti ilə əlaqəli məsələ və mövzudur. Bunlar bütün ömürləri boyunca üzbəüz, kişi kimi, mərdi-mərdanə döyüşməyiblər. Həmişə hansısa dəlikdən qəfil çıxıblar, həmişə gülləni arxadan atıblar, həmişə günahsız insanları hədəf alıblar. Şuşanın azad olunmasında iştirak edən qəhrəman Azərbaycan əsgərləri də döyüşdən sonraki açıqlamalarında söyləyirdilər ki, erməni bizimlə üzbəüz qala bilmirdi, qorxurdu, qaçırdı. Öz də dabanına tüpürüb qaçırdı. “Asta qaçan namərddir” – deyib qaçırdı. Bax həmin yaramazlar son döyüşdəki məğlubiyyətlərini də görəndən sonra gülləni mülki əhaliyə qarşı tuşlayıblar, onları yaralayıblar, belə namərdlik ediblər.

Beynəlxalq təşkilatlar erməni caniləri tərəfindən törədilən müharibə cinayətlərinə biganə qalmamalıdır, səslərini çıxarmalıdır, hadisələrə münasibət bildirməlidir. Çünki erməni terrorizmi bir tək Azərbaycan üçün deyil, ümumilikdə bütün bəşəriyyət üçün, regional sabitlik üçün və beynəlxalq hüququn realizəsi üçün təhlükədir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti