...

KTMT Ermənistana sülhməramlılar göndərməyi planlaşdırmır

Siyasət Materials 15 Sentyabr 2022 12:30 (UTC +04:00)

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana sülhməramlı kontingent göndərməsi gündəmdə deyil.

Trend-in məlumatına görə, bunu KTMT-nin Birləşmiş qərargahının rəisi Anatoli Sidorov brifinq zamanı deyib.

“Gəlin qabağa qaçmayaq. Sentyabrın 13-də dövlət başçılarımız yekdilliklə bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi-diplomatik yolla həll edilməlidir. Bir sözlə, hərbi güc tətbiqi ilə, həm də KTMT qüvvələrinin cəlb olunması ilə həll yolu barədə nə sentyabrın 13-də, nə bu gün və fikrimcə yaxın gələcəkdə də söhbət getmir”, - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti