...

Almaniya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri ilə bağlı gözləntilər nikbindir - səfir

Siyasət Materials 4 Oktyabr 2022 07:18 (UTC +04:00)
Almaniya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri ilə bağlı gözləntilər nikbindir - səfir

Bakı. Trend:

Almaniya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri ilə bağlı gözləntilər nikbindir.

Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Almaniyanın Birləşməsi Gününə həsr olunmuş tədbir zamanı deyib.

"Bu gün biz Almaniyanın birləşməsinin 32-ci ildönümünü qeyd edirik. Almaniyaya sülh yolu ilə birləşmək və Avropanın azad hissəsi olmaq nəsib olub. Almaniya və Azərbaycan da bu il əlamətdar tarixi - diplomatik münasibətlərin otuzuncu ildönümünü qeyd edirlər".

Səfirin sözlərinə görə, son 30 il ərzində iki ölkə arasında əlaqələr müxtəlif aspektlərdə - mədəniyyət və təhsildən tutmuş iqtisadiyyat və ticarətə qədər uğurla inkişaf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti