...

Əli Əsədov Moskvada İranın Birinci vitse-prezidenti ilə görüşüb

Siyasət Materials 6 Oktyabr 2022 16:41 (UTC +04:00)
Əli Əsədov Moskvada İranın Birinci vitse-prezidenti ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 6-da Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Moskvada İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin, ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən, Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti