...

Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı keçirilir (FOTO)

Siyasət Materials 19 Oktyabr 2022 10:44 (UTC +04:00)
Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı keçirilir (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, beynəlxalq konfransın məqsədi ölkəmizdə insan hüquqlarının müdafiəsi, təmini və təşviqi sahəsində həyata keçirilən islahatları beynəlxalq səviyyədə təbliğ etmək, biznes və insan hüquqları sahəsində tendensiyalar və çağırışlar haqqında müzakirələr aparmaq, habelə bu sahədə müsbət təcrübələri bölüşməkdir.

Qeyd edək ki, konfransda Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının nümayəndələri, o cümlədən Türkiyə, Pakistan, Mərakeş, İran, İndoneziyadan nümayəndələr iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti