...

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib (FOTO/VİDEO)

Siyasət Materials 24 Oktyabr 2022 11:32 (UTC +04:00)
Prezident İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gəlib.

Trend xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti