...

Fransanın “La Gazette” onlayn qəzeti Ərəb Dövlətləri Liqası toplantısının açılış mərasimində Azərbaycanın fəxri qonaq statusunda iştirakından yazıb

Siyasət Materials 4 Noyabr 2022 11:07 (UTC +04:00)
Fransanın “La Gazette” onlayn qəzeti Ərəb Dövlətləri Liqası toplantısının açılış mərasimində Azərbaycanın fəxri qonaq statusunda iştirakından yazıb

Bakı. Trend:

Fransanın “La Gazette” xəbər portalında noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi fəxri qonaq statusunda iştirak etməsi barədə məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.

Məqalədə xatırladılıb ki, Əlcəzair kimi işğaldan əziyyət çəkən Azərbaycan əzəli torpaqlarının otuz ilə yaxın Ermənistanın tapdağı altında qaldığı illər ərzində həmişə İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edib.

“Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir”, -deyə məqalədə qeyd edilib.

Həmçinin əlavə olunub ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 dövrünə təsadüf etmişdir və Azərbaycan dövləti bu məsələdə çox fəal olaraq, koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmiş və Qoşulmama Hərəkatının Sammitini təşkil etmişdir.

“Biz 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı olduq. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək. Beləliklə, Azərbaycan bu məsələdə bir daha peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı”, -deyə məqalədə Prezident İlham Əliyevin zirvə toplantısının açılış mərasimindəki nitiqindən bir iqtibas verərək vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti