...

Prezidentin çıxışı Ermənistana və onun havadarlarına ünvanlanmış sərt mesaj idi - Sahil Kərimli

Siyasət Materials 10 Noyabr 2022 16:22 (UTC +04:00)
Prezidentin çıxışı Ermənistana və onun havadarlarına ünvanlanmış sərt mesaj idi - Sahil Kərimli

Bakı. Trend:

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər günündə Şuşada səsləndirdiyi fikirlər, verdiyi qətiyyətli bəyanatlar həm işğalçı Ermənistan, həm də onun havadarlarına ünvanlanmış sərt mesaj idi.

Bu fikirləri SİA-ya açıqlamaslnda Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qələbəmizlə, ölkəmizin bölgədə yaratadığı yeni reallıqlar və digər vacib məqamlarla bağlı fikirləri Azərbaycan ictimaiyyətində də böyük ruh yüksəkliyi, xüsusi məmnunluqla qarşılandı: “Dövlət başçısının bu çıxışı Azərbaycan xalqının birliyini, dövlətimizin və ordumuzun gücünü Şuşadan bir daha dünyaya nümayiş etdirdi. İlk növbədə Azərbaycanın Vətən Müharibəsindəki tarixi Zəfərini şərtləndirən amillərə nəzərə salmaq lazımdır. Xüsusi qeyd edilməlidir ki, Vətən Müharibəsindəki Qələbəmizin təməlində Prezident İlham Əliyevin ölkəmizin milli maraqlarını qətiyyətlə qoruması, Azərbaycan xalqının öz dövlətinə və rəhbərinə olan sarsılmaz inamı, ordumuzun gücü və qüdrəti və ümumilikdə dəmir birlik dayanırdı. Amma açıq etiraf etmək lazımdır ki, birinci Qarabağ müharibəsi dövründə bu amillərin heç biri real deyildi. İlk növbədə ölkəyə rəhbərlik edən qüvvələr ayrı-arılıqda hərəsi bir xarici dairəyə xidmət edir, dövlətin və xalqın mənafeyini öz maraqlarına qurban verirdi. Xalqın sabaha olan inamı ölmüşdü. Ordu yox dərəcəsində idi. Başıpozuq silahlı dəstələr ölkədə xaos və anarxiya yaratmışdı. İqtisadi tənəzzül hökm sürürdü. Elə bu səbələrdən də Prezident İlham Əliyevin dediyi kimi, müharibədə uğur qazanmaq, qələbə əldə etmək heç cür mümkün deyildi. AXC-Musavat hakimiyyəti ölkəni elə bir acınacaqlı duruma salmışdı ki, həmin illərdə nəinki cəbhədə hər hansı uğurdan söz açmaq, əksinə, Azərbaycanın var olması sual altında idi. Bu səbəblərdən biz 20 faiz torpaqlarımızı itirdik, xalqımız faciələrlə üzləşdi. Bu bir reallıqdır ki, ölkənin güclənməsi və qüdrətlənməsi, iqtisadi inkişaf, ordunun güclənməsi, beynəlxalq arenada nüfuz qazanması və bu kimi digər uğurlar qazanılması üçün ilk növbədə ölkəni idarə edən, hakimiyyətdə olan şəxslərin xalqın, milli maraqların müdafiəsini layiqincə yerinə yetirməsi vacib şərtdir. Necə ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən xalqın gücünə və ona olan inamına arxalanaraq Azərbaycanı xials etdi, ölkəmiz hərtərəfli inkişaf mərhələsinə qədəm qoydu. Sonrakı illərdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin əsas prioriteti ölkəmizin və xalqımızın maraqlarını şərəflə qorumaq, Azərbaycanı sürətlə inkişaf etdirəm oldu. Bunun nəticəsi idi ki, həm siyasi, həm həbi müstəvidə güclənən dövlətimiz Qarabağ Zəfərini qazandı. Bu təkcə düşmən Ermnənistan üzərində deyil, onları dəstəkləyən əksər beynəlxalq dairələr üzərində qəbləbə idi. Qarabağ Zəfərinin miqyası bu baxımdan çox böyükdür. Digər tərəfdən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. İlk növbədə Ermənistan və onun havadarları bu reallıqalrla barışmalı, Azərbaycan dövlətinin səbrini sınamamalıdır. Cənubi Qafqazda möhkəm, uzunmüddətli sülhün təmin edilməsinin yeganə yolu Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalanmasından keçir.

Azərbaycan bunun üçün bütün imkanlardan istifadə edir. Prezident xüsusilə bildirdi ki, Ermənistan heç kimə güənməsin. Çünki, əgər İrəvan hansısa ölkəyə güvənib revanşist siyasəti davam etdirərsə, qarşısında Azərbaycan ordsunun öldürücü gücünü görəcək. Ölkə başçısının çıxışındakı daha bir önəmi məqam erməni xalqına mesaj idi. Erməni xalqı ölkənin hərbi siyasi rəbhərliyindən fərqli olaraq real durumu yaxşı qiymətləndirməli, növbəti faciələrə sürüklənməməlidir. Bu halda sülh və firəvanlıq şəraitində yaşamaq, gələcəyə ümidlə baxmaq olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti