Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik.
Trend-in məlumatına görə, bu barədə şənbə günü Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tvitter hesabında bildirilib.
“Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, 12 Noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.