...

Siyasi partiyalara münasibətin dəyişməsi məhz parlamentdən başlayıb - Fazil Mustafa

Siyasət Materials 29 Noyabr 2022 15:36 (UTC +04:00)
Siyasi partiyalara münasibətin dəyişməsi məhz parlamentdən başlayıb - Fazil Mustafa
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun layihəsində 60-dan çox müddəada dəyişiklik edilib. 2020-ci il noyabrın 10-dan sonra başlanan proses bəlkə də ilk olaraq siyasi düşüncədə dəyişiklik tələb edirdi. “Yeni dövrü məhz “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə başlamaq daha ağlabatan idi. Birinci növbədə, ölkədə siyasi mədəniyyətin, mühitin sağlamlaşması istiqamətində atılan addımlarla müşahidə olunmalı idi. Siyasi partiyalara münasibətin dəyişməsi də məhz parlamentdən başlayıb. Çünki ilk dəfə idi ki, azlıqda olan partiyaların təmsilçiləri parlamentdə komitə sədrlərin müavini səviyyəsində təmsilçilik əldə etdilər.

Trend xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin noyabrın 29-da keçirilən plenar iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin l oxunuşda müzakirəsi zamanı çıxışında deyib.

O qeyd edib ki, Azərbaycanda partiya qorxusu sindromu artıq ortadan qalxıb.

"Ölkə başçısı məhz bu addımı ilə göstərdi ki, güvənmək lazımdır. Siyasi quruluşları nə qədər kənarda tutsanız, hansısa xarici ölkələrin istifadə etdiyi materiala çevrilir. Bunu Azərbaycan dövlətinin faydasına istifadə etmək onlara güvənmək lazımdır. Güvənmək də məhz öz nəticəsini məhz bu qanunda büruzə verir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti