...

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Siyasət Materials 29 Noyabr 2022 16:24 (UTC +04:00)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Qanuna əsasən, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

- 279.0.1-ci maddədən “, qaza və enerjiyə qənaət sistemlərində” sözləri çıxarılsın.

- 279.0.2 – 279.0.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“279.0.2. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş enerji auditinin aparılması ilə bağlı tələblərin pozulmasına;

279.0.3. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq enerji idarəçisinin (menecerinin) təyin edilməməsinə;

279.0.4. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq enerji effektivliyi potensialının qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla, enerji istehsalçıları üçün müəyyən edilmiş enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərin yerinə yetirilməməsinə;”.

- 279.0.5-ci maddə ləğv edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti