...

Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib (FOTO)

Siyasət Materials 1 Dekabr 2022 04:32 (UTC +04:00)
Azərbaycan səfiri etimadnaməsini Xorvatiya prezidentinə təqdim edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov etimadnaməsini Xorvatiya prezidenti Zoran Milanoviçə təqdim edib.

Trend xəbər verir ki, prezident Zoran Milanoviç Anar İmanovu Xorvatiyaya səfir təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsi, siyasi dialoqun aktivləşdirilməsi və müxtəlif platformalarda qarşılıqlı dəstəyin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti