...

Ermənistana missiyanın göndərilməsi qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır - Ceyhun Bayramov

Siyasət Materials 1 Dekabr 2022 21:39 (UTC +04:00)
Ermənistana missiyanın göndərilməsi qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistana konsensus olmadan ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında çıxışında deyib.

"Konsensus əsasında qərarların qəbulu prinsipi ATƏT-in bütün əsas qərarlarında aydın şəkildə əksini tapıb. Azərbaycan illər boyu təşkilat daxilində konsensusdan sui-istifadədən əziyyət çəkib. Buna baxmayaraq, biz həmişə ATƏT və onun münaqişə silsiləsi ilə bağlı alətlərini əsas götürərək təhlükəsizlik sahəsində əməkdaşlığın hərfinə və ruhuna ciddi riayət olunmasını müdafiə etmişik. Bu xüsusda, konsensus olmadan “ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır. Sədrlik və Katiblik də daxil olmaqla, ATƏT-in bütün təsisatları bütün iştirakçı dövlətlər üçün ortaq dəyər olaraq yaradılmışdır. Buna uyğun hərəkət etməmək inamı sarsıdır. Azərbaycan bu institutları mandatın kobud şəkildə pozulmasına düzəliş etməyə çağırır", - deyə XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti