...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 2 Dekabr 2022 13:43 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.

Trend xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya binada yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, icra hakimiyyətinin yeni binası zirzəmi qatından və 4 mərtəbədən ibarətdir. Ümumi sahəsi 6080 kvadratmetr olan binada 56 yerlik konfrans zalı, 164 nəfərlik akt zalı və 70 nəfərlik yeməkxana yaradılıb. Həmçinin yeni binada hər cür şəraiti olan 90 iş otağı, kitabxana, muzey, sərgi və toplantı otaqları var. Zirzəmi qatında avtodayanacaq və texniki xidmət sahəsi fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti