...

Normallaşma prosesində Ermənistan səmimi addımlar atmalıdır - Mövlud Çavuşoğlu

Siyasət Materials 14 Dekabr 2022 17:56 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə normallaşma məsələsində səmimidir. Ermənistan da səmimi addımlar atmalı və tezliklə sülh müqaviləsini imzalamalıdır.

Trend-in məlumatına görə, bu barədə bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündən sonra azərbaycanlı jurnalistlərin suallarına cavab olaraq qeyd edib.

Türkiyənin Ermənistanla danışıqlarını xüsusi nümayəndələr vasitəsilə davam etdirdiyini xatırladan Çavuşoğlu bəzi jestlər etdiklərini bildirib.

"Güvən yaratma addımları üçün koordinasiyalı şəkildə hava məkanımızın açılmasında hava yükləri ilə bağlı bəzi addımlar atdıq. Yəni bundan sonra hər kəs bir addım atmalıdır. Ermənistan da səmimi addımlar atmalıdır. Onlar da bizim səmimi yanaşmamıza səmimi cavab verməlidirlər, biz Azərbaycan və Türkiyə olaraq səmimi olduğumuz üçün bu səmimiyyətə qarşılıq verərik", - deyə M.Çavuşoğlu əlavə edib.

Çavuşoğlu Türkiyə və Azərbaycanın Şuşa Bəyannaməsi ilə rəsmi müttəfiq olduğunu bildirərək, iki müttəfiq ölkənin öz aralarında təlimlər, əməkdaşlıq və birgə təlim proqramları keçirməsinin tamamilə təbii olduğunu və bunun heç bir ölkə üçün təhlükə olmadığını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti