...

Bu ayın sonunadək Ermənistan tərəfi ilə növbəti raund danışıqlar aparacağımızı istisna etmirəm - Nazir

Siyasət Materials 15 Dekabr 2022 18:05 (UTC +04:00)
Bu ayın sonunadək Ermənistan tərəfi ilə növbəti raund danışıqlar aparacağımızı istisna etmirəm - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ayın sonunadək yenidən Ermənistan tərəfi ilə görüşüb növbəti raund danışıqları aparacağımızı istisna etmirəm.

Trend-in məlumatına görə, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinqdən sonra xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bütün təşəbbüslər Azərbaycan tərəfindən həyata keçirilib. Sülh sazişinin təşəbbüskarı da ilk gündən Azərbaycan tərəfi olub.

"Bu ayın sonunadək yenidən Ermənistan tərəfi ilə görüşüb növbəti raund danışıqları aparacağımızı istisna etmirəm. Oktyabrın 2-də bu sahədə danışıqlarda layihəni də ölkəmiz hazırlamışdı. Ermənistan bir dəfə öz şərhlərini verib. Sonra Azərbaycan tərəfi öz növbəti təkliflər paketini Ermənistan tərəfinə göndərib. Aramızda ilkin ünsiyyət olub", - deyə nazir əlavə edib.

C.Bayramov əlavə edib ki, dialoqu irəli aparan tərəf həmişə Azərbaycan olub.

“Azərbaycanın dialoqa açıq olması bu məsələnin əməkdaşlıq şəraitində həll olunmasının dəstəklədiyini bir daha göstərir. Bu yanaşmanı Azərbaycan daha əvvəl də göstərib. Laçın yoluna alternativ yolun çəkilməsi prosesində yerli erməni əhali ilə ünsiyyətlər də oldu, onların bir sıra xahişləri nəzərə alındı”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti